satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti BMT TŞ-də islahatların əhəmiyyətini qeyd edib

Türkiyə Prezidenti BMT TŞ-də islahatların əhəmiyyətini qeyd edib

Gələcək nəsilləri müharibə bəlasından qorumaq üçün yaradılan Birləşmiş Millətlər Təşkilatı yarandığı gündən bəri beynəlxalq sülhün və təhlükəsizliyin qorunması kimi həyati əhəmiyyətli missiyanı yerinə yetirib. Müasir çağırışlar - müharibələr, humanitar fəlakətlər, iqlim dəyişmələri, aclıq, yoxsulluq, irqçilik, ksenofobiya və islamofobiya BMT-nin rolunun gücləndirilməsinin zəruriliyini bir daha vurğulayır.

 

NTV  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə BMT Günü ilə əlaqədar yazıb.

 

Türkiyə lideri vurğulayıb ki, bəşəriyyət müharibəsiz gələcək üçün səylərini davam etdirir və bu ideallar BMT Nizamnaməsində təsbit olunub.

 

Ərdoğan bəyanatında qeyd edib: “BMT-nin bəşəriyyətin ümumi maraqları naminə məsuliyyətlərinin tam yerinə yetirilməsinin açarı BMT Nizamnaməsinə daha ciddi riayət etmək və qlobal təşkilatın əsas orqanlarının effektivliyini artırmağa yönəlmiş islahatlara dəstək verməkdir”. O, ədalətin təmin edilməsinə yönəlmiş daha əhatəli bir quruma çevrilmək, beynəlxalq ictimaiyyətin ümidlərini doğrultmaq üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması çağırışını təkrarlayıb.

 

Türkiyə Prezidenti rəsmi Ankaranın İstanbulu Birləşmiş Millətlər Təşkilatının mərkəzlərindən birinə çevirmək məqsədilə BMT ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Dövlət başçısı əmin edib: “Ankara BMT-nin mərkəzində olmaqla, həm də beynəlxalq sistemin effektivliyini və inklüzivliyini artırmaq üçün qətiyyətli səylərini davam etdirəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM