satellite   Azerspace-1: 11135 H 30000

Antalyada Türk Dövlətləri Ali Audit Orqanları İttifaqının nizamnaməsi təsdiqlənib

Antalyada Türk Dövlətləri Ali Audit Orqanları İttifaqının nizamnaməsi təsdiqlənib

Oktyabrın 24-də Antalyada Türk Dövlətləri Ali Audit Orqanları İttifaqının nizamnaməsi imzalanıb.

 

NTV Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr bu qurumun fəaliyyətinin hüquqi əsasını təşkil edən sənədi dəstəklədiklərini bildiriblər.

 

İttifaqın hazırkı sədri və Türkiyə Hesablama Palatasının rəhbəri Metin Yener toplantıda çıxış edərək Türk Dövlətləri Ali Audit Orqanları İttifaqının yaradılması haqqında bəyannamənin 22 noyabr 2025-ci ildə İstanbulda imzalandığını xatırladıb.

 

O, yeni strukturun türk dövlətləri arasında təcrübə və bilik mübadiləsini asanlaşdıracağına əminliyini bildirib. “Nizamnamə sadəcə hüquqi sənəd deyil, gələcək üçün ortaq bir vizyon bəyannaməsidir və bu, bizə ümumi audit standartlarını uyğunlaşdırmağa, ən yaxşı təcrübələri paylaşmağa, şəffaflıq və hesabatlılıq prinsiplərini gücləndirməyə imkan verəcək. Bütün bunlar nəticə etibarilə həm dövlət qurumlarının işinə, həm də əhalinin həyat keyfiyyətinə təsir edəcək”, - deyə M. Yener bildirib.

 

Qazaxıstan Ali Audit Palatasının sədri Alixan Smailov qeyd edib ki, sənədin imzalanması türk ölkələrinin audit orqanları arasında əməkdaşlıqda yeni bir dövrün başlanğıcıdır. O, Astananın 2029-cu ildə Türk Dövlətləri Ali Audit Orqanları İttifaqının növbəti iclasına ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

 

Qırğızıstan Hesablama Palatasının rəhbəri Almazbek Akmatov və Özbəkistan Hesablama Palatası sədrinin birinci müavini Mehriddin Abdullayev də audit sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıblar.

 

Azərbaycan Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov tədbir iştirakçılarına videokonfrans vasitəsilə müraciət edib.

 

Mərasimdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM