satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyanın Baş naziri Aİ ilə sərbəst hərəkət rejiminin bərpasını müzakirə etməyə hazır olduğunu açıqlayıb

Böyük Britaniyanın Baş naziri Aİ ilə sərbəst hərəkət rejiminin bərpasını müzakirə etməyə hazır olduğunu açıqlayıb

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında sərbəst hərəkət rejiminin bərpası imkanlarının müzakirəsinə açıq olduğunu bildirib.

NTV xəbər verir ki, Baş nazir “The Sunday Times” qəzetinə müsahibəsində London ilə Brüssel arasında yeni əməkdaşlıq modelinin qurulmasının tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, gələcəkdə Böyük Britaniyanın Aİ-yə tamhüquqlu üzvlüyü və ya vahid bazara qoşulması da nəzərdən keçirilə bilər. Lakin bu addımlar insanların sərbəst hərəkət hüququnun bərpasını tələb edəcək.

“Düşünürəm ki, bu məsələ ilə bağlı faktlara və sübutlara əsaslanan müzakirə aparılmalıdır”, – deyə Börnhem bildirib.

Qeyd edək ki, Leyboristlər Partiyasının 2024-cü il seçki proqramında Aİ ilə sərbəst hərəkət rejiminin bərpası, vahid bazara və gömrük ittifaqına qoşulmaq istisna edilirdi. Baş nazir vurğulayıb ki, bu istiqamətdə hər hansı əsaslı dəyişiklik yalnız ümumi seçkilərdə seçicilərdən müvafiq mandat alındıqdan sonra həyata keçirilə bilər. Növbəti parlament seçkilərinin isə 2029-cu ilədək keçirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM