Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının qüvvələri Yəmən husilərinin krallığın cənub bölgələrinə doğru buraxdığı 10 ballistik raketi ələ keçirərək məhv edib.
NTV xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
Qeyd olunub ki, 12 saatdan az müddətdə Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri ümumilikdə 11 ballistik raketi, bir qanadlı raketi və iki pilotsuz uçuş aparatını ələ keçirib.
