satellite   Azerspace-1: 11135 H 30000

Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb

Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb

Fransada oktyabrın 24-də baş verən kütləvi iğtişaşlar zamanı və onlardan sonra 1 300-dən çox şəxs saxlanılıb.

NTV  xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Paris Polis Prefekturasının məlumatına görə, paytaxtda 142 nəfər saxlanılıb, onlardan 126-sı barəsində həbs qətimkan tədbiri seçilib.

Oktyabrın 24-də keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı oktyabrın 17-də baş tutan əvvəlki aksiyanın göstəriciləri ilə müqayisəolunan olub. Bununla belə, gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində iğtişaşların nəticələri daha az ağır olub.

Parisdə talançıların hərəkətləri nəticəsində bir mağazaya ziyan dəyib. Bundan başqa, polis iğtişaş iştirakçılarının avtomobil salonuna daxil olmaq cəhdinin qarşısını alıb.

Fransa üzrə 24 talançılıq hadisəsi qeydə alınıb. Halbuki bir həftə əvvəl 1 500 ticarət obyektinə hücum edilmişdi. Bununla yanaşı, çoxsaylı mağazalara ziyan dəyib. İğtişaşların qarşısının alınması zamanı 53 polis əməkdaşı xəsarət alıb.

Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, etiraz aksiyalarının azı iki iştirakçısı ağır yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM