satellite   Azerspace-1: 11135 H 30000

"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub

"Fars": Hörmüz boğazında bir gəmi qanadlı raketlə vurulub

Tramp İranla razılaşma bağlamaq, yoxsa müharibəyə davam etmək barədə seçim arasında qaldığını bildiriHörmüz boğazından keçən gəmi qanadlı raketlə vurulub.

NTV  bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.

"İlkin məlumatlar Hörmüz boğazında partlayış barədə xəbər verir. Bu partlayış gəmi əleyhinə qanadlı raketin atılması nəticəsində baş verib", - agentlik "BeamTracker Military OSINT"dən sitat gətirib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir. Lakin "Fars" agentliyinin dərc etdiyi insidentlə bağlı UKMTO hələ məlumat yaymayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM