satellite   Azerspace-1: 11135 H 30000

AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər - FOTOLAR

AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər<font color=red> - FOTOLAR</font> AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər<font color=red> - FOTOLAR</font> AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər<font color=red> - FOTOLAR</font> AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Türkiyənin Qars şəhərində Türkiye Çocuk ve Gençlik Edebiyyatı Yazarlar Birliyinin təşkilatçılığı ilə “13-cü Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu” keçirilib. 

Qars Qafqaz Universitetinin ev sahibliyi ilə keçirilən  simpoziumda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, həmin institutun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru Firudin Rzayev və bölmənin “Tusi” Nəşriyyatının baş redaktoru Qafar Qənbərov iştirak ediblər.  

Simpoziumda Elxan Məmmədov “Məlikməmməd nağılı”nda ailə əlaqələri və əxlaqi dəyərlər: uşaqların mənəvi inkişafına mənfi təsir edə biləcək davranış modelləri”, Firudin Rzayev “Uşaq ədəbiyyatında fəlsəfi yönlər” mövzularında məruzə ediblər. 

Dosent Elxan Məmmədov həm də simpoziumda bir bölmənin moderatorluğunu edib. 

“Tusi” Nəşriyyatının baş redaktoru Qafar Qərib isə simpoziumun fəxri şair qonaqları qismində iştirak edib. 

Simpozium çərçivəsində təşkil olunan şeir gecəsində Qafar Qərib və Elxan Yurdoğlu uşaq ədəbiyyatı sahəsindəki yaradıcılıqlarından nümunələr səsləndiriblər. 

Sonda elmi məruzəçilər sertifikatla təltif olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM