satellite   Azerspace-1: 11135 H 30000

Fransada ümummilli tətil və etiraz aksiyalarına çağırış edilib

Fransada ümummilli tətil və etiraz aksiyalarına çağırış edilib

Fransanın Ümumi Əmək Konfederasiyası (CGT) oktyabrın 24-də həyat bahalılığına qarşı və layiqli təhsil şəraitinin təmin edilməsi tələbi ilə keçirilən aksiyalarda təxminən 800 min nəfərin iştirak etdiyini bildirərək, noyabrın 5-də həmkarlar ittifaqları ilə birlikdə tətil və etiraz günü keçirməyə çağırıb. CGT bəyanatında vurğulayır ki, artıq mübarizə tətillə davam etdirilməlidir.

NTV xəbər verir ki, həmkarlar ittifaqı işçiləri əmək kollektivlərində ümumi yığıncaqlar keçirməyə, tələblərini müəyyənləşdirməyə və tətilin təşkilini müzakirə etməyə dəvət edib. Təşkilat hökuməti və işəgötürənləri sosial tələblərə təcili cavab verməyə çağıraraq, nümayişlərə qoyulan qadağaların və repressiyaların səfərbərliyi dayandıra bilməyəcəyini bildirib.

Həmkarlar ittifaqı Paris də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində onlarla nümayişin qadağan edilməsini və yürüş marşrutlarının dəfələrlə, bəzən son anda dəyişdirilməsini tənqid edib. CGT-nin məlumatına görə, bəzi iştirakçılar saxlanılıb, gözyaşardıcı qazın təsirinə məruz qalıb və polis nəzarətinə götürülüb. Təşkilat aksiyaları “dinc və qətiyyətli” kimi xarakterizə edib.

CGT həmçinin Orleanda Milli Birlik (RN) partiyasının qurultayı zamanı ifrat sağçı partiyaya qarşı təxminən 30 min nəfərin iştirak etdiyi nümayişin keçirildiyini bildirib. Həmkarlar ittifaqı Trapp və La Verrierdə cümə günü baş verən hücumun qurbanlarına da həmrəylik ifadə edərək, hadisəni “irqçi terror aktı” adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

14:26 26.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM