satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.

NTV  xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olundu, bu xüsusda ölkəmizin BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.

Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal səviyyədə aktual mövzuların müzakirəsi üçün yaxşı imkan yaradacağı vurğulandı, bu tədbirin nüfuzunun ilbəil artdığı qeyd edildi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

14:26 26.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM