Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 1 milyard 248,5 milyon manat sığorta haqqı toplanılıb.
NTV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin xətti ilə 882,7 milyon manat sığorta ödənişi edilib. Bu isə illik müqayisədə 29,1 faiz çoxdur.
