satellite   Azerspace-1: 11135 H 30000

Fransada partiyalara olan kiberhücum qalmaqalı davam edir

Fransada partiyalara olan kiberhücum qalmaqalı davam edir

Fransada “Kommunist” partiyası (PCF) və “Əyilməz Fransa” (LFI) partiyasından sonra Prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Renaissance” partiyası da kiberhücum iddiası ilə gündəmə gəlib. “Chimeraz” təxəllüsü ilə fəaliyyət göstərən haker partiyaya aid 4,1 milyon məlumatı ələ keçirdiyini iddia edib.

NTV xəbər verir ki, haker “Renaissance” seçicilərinə aid çoxsaylı məlumatlar, o cümlədən minlərlə ünvan, seçicilərlə bağlı statistik göstəricilər, GPS koordinatları, siyasi vəzifələr, adlar, soyadlar və seçki kampaniyalarının təşkili ilə bağlı məlumatları əldə edib.

“Renaissance” partiyası isə bu iddiaları təkzib edib. “Le Parisien” qəzetinə açıqlamasında partiya bildirib ki, aparılan yoxlamalar onun sistemlərinə və məlumat bazasına hər hansı müdaxilənin baş verdiyini göstərmir.

Partiyanın açıqlamasına görə, hakerin əldə etdiyini iddia etdiyi məlumatlar açıq mənbələrdə, o cümlədən Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) resurslarında və partiyanın fəallar üçün nəzərdə tutulmuş platformada mövcuddur. Beləliklə, “Chimeraz” bir neçə gün ərzində üç siyasi partiyanı hədəf aldığını iddia edib. Eyni hakerin hücumuna məruz qaldığını bildirən LFI də məlumatların sızmasının ictimaiyyətə açıq məlumatların toplanması ilə bağlı olduğunu açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

14:26 26.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM