satellite   Azerspace-1: 11135 H 30000

Fukuşima AES-dən okeana daha 7 min 800 ton çirkab su buraxılacaq

Fukuşima AES-dən okeana daha 7 min 800 ton çirkab su buraxılacaq

Yaponiya Fukuşima Daiçi Atom Elektrik Stansiyasından radioaktiv tritium ehtiva edən suların okeana axıdılmasının 25-ci mərhələsinə başlayıb.

NTV  xəbər verir ki, “Tokyo Electric Power Company Holdings” (TEPCO) şirkətinin məlumatına görə, bu mərhələdə təxminən 1,4 trilyon bekkerel radioaktiv tritium ehtiva edən 7 min 800 ton suyun okeana buraxılması nəzərdə tutulur. Prosesin noyabrın 13-dək davam etməsi planlaşdırılır.

Yaponiya 2023-cü ilin avqustundan indiyədək 24 mərhələ üzrə okeana ümumilikdə 188 min 400 ton çirkab su axıdıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM