satellite   Azerspace-1: 11135 H 30000

“Bild”: 250 min tonluq buz kütləsi Alp dağındakı kəndi məhv edə bilər

“Bild”: 250 min tonluq buz kütləsi Alp dağındakı kəndi məhv edə bilər

İsveçrənin Alp dağında yerləşən Randa kəndi 250 min tonluq buz kütləsinin sürüşməsi təhlükəsi ilə üzləşib.

NTV xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, buz kütləsi gündə 20 santimetrədək hərəkət edərək vadiyə doğru irəliləyir. Yeni qar yağıntısı vəziyyəti ağırlaşdıra və uçquna səbəb ola bilər.

Təxminən 450 nəfərin yaşadığı kənddə təhlükəsizlik tədbirləri gücləndirilib. Buz kütləsi mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Bununla belə, ekspertlər ən pis ssenarinin baş vermə ehtimalını hələlik aşağı qiymətləndirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM