satellite   Azerspace-1: 11135 H 30000

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü Moskvada keçiriləcək üçüncü Rusiya-Afrika sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

NTV “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib.

Sammitin proqramına görə, oktyabrın 28-29-da keçirilməsi planlaşdırılan ikigünlük tədbirdə Misir BRICS vasitəsilə kənd təsərrüfatı əməkdaşlığı və biznes əlaqələri ilə bağlı müzakirələrdə də iştirak edəcək.

Rusiyanın “İnterfaks” xəbər agentliyinin məlumatına görə, Uşakov bazar ertəsi jurnalistlərə bildirib” “Çərşənbə günü, oktyabrın 28-də rəsmi qəbuldan əvvəl Misir Prezidenti əs-Sisi ilə görüş olacaq”.

Misir Prezidenti 2023-cü ilin iyul ayında Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirak edib, həmin tədbirdə Putinlə ikitərəfli danışıqlar aparıb və Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək təşəbbüsü ilə bağlı Afrika liderləri arasında aparılan müzakirələrə qatılıb. Bu müzakirələrdə, həmçinin ərzaq təhlükəsizliyi və müharibənin Afrika iqtisadiyyatına təsiri də müzakirə olunub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşır

11:48 27.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM