satellite   Azerspace-1: 11135 H 30000

Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

Şri-Lankanın Təhsil Nazirliyi ölkədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar ehtiyat tədbiri olaraq bütün məktəblərin bağlandığını elan edib.

NTV Şri-Lanka mediasına istinadla xəbər verir ki, nazirlik qərarını şagirdlərin və məktəb heyətinin sağlamlığını qorumaq məqsədilə qəbul etdiyini açıqlayıb. Qərar oktyabrın 27-nə aid olsa da, hava şəraiti ilə əlaqədar dərslərin yenidən başlanması vaxtı gecikə bilər.

Qeyd edək ki, son günlər Şri-Lankada güclü yağışlar müşahidə olunur. Bundan başqa, "Arnab" siklonu Benqal körfəzi üzərində güclənir. Siklonun Şri-Lankaya birbaşa təsir göstərməyəcəyi ehtimal edilsə də, qarşıdakı günlərdə bəzi ərazilərdə 100-150 millimetr yağıntının olacağı, eləcə də bir sıra əyalətlərdə küləyin sürətinin saatda 40-50 kilometrə çatacağı proqnozlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşır

11:48 27.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM