satellite   Azerspace-1: 11135 H 30000

Murat Kurum: COP31 iqlim dəyişmələri ilə mübarizədə birgə fəaliyyət platformasına çevriləcək

Murat Kurum: COP31 iqlim dəyişmələri ilə mübarizədə birgə fəaliyyət platformasına çevriləcək

Antalyada keçiriləcək COP31 iqlim sammiti dünya ictimaiyyətini ətraf mühitin qorunması naminə təcili tədbirlər görməyə çağırmaq üçün fürsət olacaq.

NTV xəbər verir ki, bu bəyanatı COP31 prezidenti və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurum Ankarada “Sıfır tullantıdan COP31-ə: Türkiyənin iqlim diplomatiyası” adlı panel müzakirəsinin açılışında verib.

Nazir Türkiyənin ətraf mühitin qorunması üzrə uğurlu səylərinə təkan verən “sıfır tullantı” konsepsiyasının əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə tullantıların təkrar emalı nisbəti 2017-ci ildəki 13 faizdən 2025-ci ildə 37 faizə yüksəlib. Nazir əlavə edib: “Həmin dövrdə 90 milyon tona qədər tullantını təkrar emal etmək mümkün olub və bununla da Türkiyədə təxminən 365 milyard türk lirəsi məbləğində vəsaitə qənaət edilib”.

Nazir təbii fəlakətlərin insanların gündəlik həyatına artan təsirinə də diqqət çəkib. “Dünən gecə güclü qasırğa Antalyada dörd sakinin həyatına son qoyub. Bu cür faciələr Aralıq dənizi bölgəsində iqlimin dəyişməsinin daha bir göstəricisidir", - deyən M. Kurum Türkiyəni iqlim böhranının təsirinə məruz qalan çox həssas ölkələrdən biri adlandırıb.

O vurğulayıb: “Bəşəriyyət dialoq çərçivəsində atılacaq addımları dəqiq müəyyənləşdirməli, konsensus əldə etməli və birgə tədbirlər görməlidir. Ümid edirəm ki, Antalyada bu ortaq iradəni konkret nəticələrə çevirə biləcəyik”.

Nazir diqqətə çatdırıb ki, Türkiyə nümayəndələri son bir ildə COP31-ə intensiv hazırlıq görüblər, 51 səfər həyata keçiriblər və 16 beynəlxalq tədbirdə iştirak ediblər. “Bu proqramların hər birində ölkələrin ehtiyacları və iqlim diplomatiyası vasitəsilə birlikdə nələr edilə biləcəyi müzakirə olunub. Türkiyənin özü hədəflərini artıq müəyyən edib və öhdəliklərini açıqlayıb. Antalyada Türkiyənin 10 iqlim prioritetini müzakirə edəcəyik”, - deyən M. Kurum əlavə edib ki, Ankaranın məqsədlərindən biri 2035-ci ilə qədər binalarda enerji istehlakını azı 25 faiz azaltmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşır

11:48 27.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM