satellite   Azerspace-1: 11135 H 30000

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Fransada əhalinin maliyyə vəziyyəti ilə bağlı narahatlıqları artır. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) oktyabrın 27-də açıqladığı məlumatlara görə, istehlakçıların iqtisadi inam indeksi 2013-cü ilin iyun ayından bəri ən aşağı səviyyəyə enib.

NTV xəbər verir ki, oktyabr ayında bu göstərici əvvəlki ayla müqayisədə 5 bənd azalaraq 80-ə düşüb. Halbuki onun uzunmüddətli orta səviyyəsi 100 bənd təşkil edir.

Insee-nin məlumatına əsasən, göstəricinin azalmasına əsasən fransızların şəxsi maliyyə vəziyyətləri ilə bağlı mənfi qiymətləndirmələri təsir göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM