Almaniyada radioaktiv nüvə tullantılarının uzunmüddətli saxlanılması üçün uyğun ərazinin müəyyənləşdirilməsi prosesində beş əyalət namizədlər siyahısından çıxarılıb.
NTV yerli mediaya istinadla xəbər verir ki, Reynland-Pfalts, Hessen, Berlin, Saksoniya və Saarland əyalətləri ərazi seçimindən imtina edib.
Əvvəlki mərhələdə Almaniya ərazisinin təxminən 25 faizi mümkün saxlanc yeri kimi nəzərdən keçirilsə də, son qiymətləndirmədən sonra seçim üçün ölkə ərazisinin 5 faizindən az hissəsi uyğun hesab edilib. Lakin ərazi seçimi barədə yekun qərar Bundestaq tərəfindən qəbil olunacaq.
Almaniya parlamenti yeni seçim prosesinə başlanması barədə 2013-cü ildə qərar qəbul edib. Məqsəd ölkədə 60 ildən artıq müddətdə nüvə enerjisindən istifadə nəticəsində yaranmış təxminən 27 min kubmetr yüksək radioaktiv tullantının daimi saxlanılması üçün uyğun yerin 2050-ci ilədək müəyyənləşdirilməsidir.
