satellite   Azerspace-1: 11135 H 30000

Cari ilin ilk yarısında Türkiyənin Azərbaycana ixracının həcmi 1,4 milyard dolları keçib

Cari ilin ilk yarısında Türkiyənin Azərbaycana ixracının həcmi 1,4 milyard dolları keçib

Cari ilin birinci yarısında Türkiyənin Azərbaycana ixracının həcmi 1 milyard 417 milyon 850 min dollara çatıb. Bu barədə NTV-yə Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadla xəbər verir.

TÜİK-in məlumatına görə, Türkiyə məhsullarının Azərbaycana tədarük həcmi türk dövlətləri arasında Qazaxıstandan sonra ikinci yerdədir (1,51 milyard dollar).

Ümumilikdə, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstana 5,1 milyard dollara qədər mal və məhsul ixrac edib.

Türkiyənin Özbəkistana ixracı ilin birinci yarısında 931 milyon dolları, Qırğızıstana 639 milyon dolları, Türkmənistana 595 milyon dolları keçib.

2025-ci ilin yanvar-iyun aylarında türk dövlətlərindən Türkiyəyə idxalın həcmi isə 4 milyard 3 milyon dollar təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM