satellite   Azerspace-1: 11135 H 30000

CNN: ABŞ-ın ritorikası Ukraynada sülh prosesini stimullaşdırmaq məqsədi daşıyır

CNN: ABŞ-ın ritorikası Ukraynada sülh prosesini stimullaşdırmaq məqsədi daşıyır

Amerika administrasiyası Moskva və Kiyevi nizamlanma prosesini müzakirə etmək öhdəliyinə inandırmaq üçün Ukrayna ilə bağlı danışıqlarda bilərəkdən daha nikbin ritorikadan istifadə edir.

NTV  xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun strategiyası “etimad mühitinin bərpası” konsepsiyasına əsaslanır. Bu yanaşma riskləri artırsa da, tərəflərin danışıqlardan geri çəkilməsini çətinləşdirir. CNN qeyd edir ki, ABŞ rəsmiləri Rusiya və Ukraynanı atəşkəs razılaşmasına razı salmaq üçün mövcud diplomatik dinamikanı maksimum dərəcədə istifadə etməyə çalışırlar. Bununla belə, Amerika rəsmiləri razılığın əldə olunması üçün hələ çox iş görülməli olduğunu da etiraf edirlər.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl öz administrasiyasının Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş əldə etdiyini bildirib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı razılaşmalar “çox yaxın”dır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM