satellite   Azerspace-1: 11135 H 30000

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Fransanın Milli Maliyyə Prokurorluğu nüvə elektrik stansiyalarına texniki xidmət göstərən bir sıra şirkətlərdə korrupsiya və rəqabət qaydalarının pozulması şübhələri ilə bağlı araşdırma aparır.

NTV xəbər verir ki, oktyabrın 13-də nüvə energetikası sahəsində fəaliyyət göstərən bir neçə şirkətdə, eləcə də EDF şirkətinin əməkdaşlarının və agentlərinin yaşayış ünvanlarında axtarışlar həyata keçirilib.

Prokurorluğun məlumatına görə, istintaq nüvə elektrik stansiyalarına texniki xidmət bazarına çıxış şərtlərini və bir neçə iştirakçının EDF-in maraqlarına zidd olaraq, rəqabəti məhdudlaşdıran razılaşmalar əldə edib-etmədiyini araşdırır.

İş üzrə mütəşəkkil qrup halında aktiv və passiv korrupsiya, rəqabət qaydalarının pozulmasında həlledici iştirak, mütəşəkkil dələduzluq və çirkli pulların yuyulması şübhələri nəzərdən keçirilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM