satellite   Azerspace-1: 11135 H 30000

NDU-da “Ədalət AI” layihəsi təqdim olunub - FOTOLAR

NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font> NDU-da “Ədalət AI” layihəsi təqdim olunub<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, oktyabrın 14-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsində gənc proqramçı Ədalət Əlisoyun hazırladığı “Hüquqşünaslar üçün Süni İntellekt Köməkçisi – Ədalət AI” layihəsinin təqdimatı keçirilib.

“Süni İntellekt və Hüquq: Gələcəyin mühəndisliyi” adlı tədbirdə Qarnizon tam orta məktəbinin 10-cu sinif şagirdi Ədalət Əlisoy layihənin imkanları barədə məlumat verib.

Adalat.az platforması süni intellekt vasitəsilə hüquqi mətnləri təhlil edir, uyğun presedentləri müəyyənləşdirir və onların qısa icmalını təqdim edir. Təqdimat zamanı gənc proqramçı sistemin iş prinsiplərini və texniki xüsusiyyətlərini tələbələrlə bölüşüb.

Tədbirdə universitetin müəllim və tələbələri, eləcə də Naxçıvanda fəaliyyət göstərən hüquqşünaslar iştirak ediblər. Layihənin mentorlarından olan Naxçıvan MR Ali Məhkəməsinin hakimi Mehdi Əliyev innovativ texnologiyaların hüquq sahəsində tətbiqinin əhəmiyyətindən danışıb.

Görüş çərçivəsində iştirakçılar “Ədalət AI” sistemini real hüquqi kazuslar əsasında sınaqdan keçiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM