İnkişaf etmiş iqtisadiyyatlar 2021-ci il COVID-19 böhranından bəri ən böyük büdcə kəsirlərinə doğru gedir.
NTV bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Financial Times” qəzetində dərc olunmuş hesabatına istinadla xəbər verir.
Fondun proqnozlarına görə, inkişaf etmiş ölkələrdə borclanma bu il ÜDM-in 5,2 faizinə çatacaq, ABŞ və Çində isə büdcə kəsirləri 8 faiz olacaq və ya bu həddi keçəcək.
Bu qiymətləndirmə qlobal borc bazarlarında bir neçə ay davam edən turbulentlik və qeyri-müəyyənlikdən sonra aparılır. Orada qeyd olunur ki, qlobal iqtisadiyyat süni intellektə aktiv investisiya qoyuluşu sayəsində neft şokunun öhdəsindən gələ bilsə də, dövlət borcu ilə bağlı risklər artmaqda davam edir.
BVF xəbərdarlıq edib ki, inkişaf etmiş ölkələr dövlət maliyyəsini bərpa etmək üçün təcili tədbirlər görməlidir.
