satellite   Azerspace-1: 11135 H 30000

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusuna yoluxma nəticəsində 4 381 nəfər ölüb, yoluxma hallarının sayı isə 9066-ya çatıb.

NTV  xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına istinadla bildirib.

Məlumata görə, sentyabrın sonunda ölkədə 3 900 ölüm və 8 000 yoluxma halı qeydə alınmışdı. Ölüm hallarının artması səhiyyə işçiləri və dövlət rəsmiləri arasında narahatlıq yaradıb. Bildirilir ki, ölüm hallarının əhəmiyyətli hissəsi tibb müəssisələrindən kənarda baş verir.

“Ebola” epidemiyası mayın 15-də KDR-in İturi əyalətində elan edilib. Sonradan xəstəlik ölkənin digər əyalətlərinə və qonşu Uqandaya yayılıb.

ÜST-nin qiymətləndirməsinə görə, hazırkı epidemiya sürətlə yayılması ilə diqqət çəkir və 11 mindən çox insanın həyatına son qoymuş əvvəlki böyük “Ebola” epidemiyasının miqyasına çata bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM