satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu Pakistanın Quru Qoşunları komandanı və Müdafiə Qüvvələrinin rəisi, feldmarşal Seyid Asim Munir ilə telefon danışığı aparıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən NTV-yə bildirilib ki, görüşdə ikitərəfli məsələlər və regional inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Pakistan Müdafiə Qüvvələrinin rəisi iyulun ortalarında Ankaraya səfər edib və orada Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə danışıqlar aparıb.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Pakistan və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı dərinləşdirmək siyasətinin dəyişməz qaldığını bildirmişdi.

Türkiyə lideri təhdidlərin qarşısını almaq üçün üç ölkə tərəfindən kollektiv mexanizm yaratmaq məqsədilə imzalanan Məkkə Müdafiə Sazişinin mətninin təsdiq üçün tezliklə parlamentə təqdim ediləcəyini açıqlayıb. Pakistanın xarici işlər naziri İshaq Dar da dünən Məkkə Sazişinin mətninə sadiq olduğunu vurğulayıb, yəmənli husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM