satellite   Azerspace-1: 11135 H 30000

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) əvvəlki iş yerlərinə dair arayışın əldə olunması funksionallığı yaradılıb.

NTV  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Yeni funksionallıq vasitəsilə işçilər əmək müqavilələrinə xitam verilməsi barədə məlumatları əks etdirən arayışı elektron qaydada əldə edə bilərlər.

Arayışı əldə etmək üçün ƏMAS-ın "Arayışların əldə edilməsi" bölməsində müvafiq arayış növünü seçmək kifayətdir.

Yenilik vətəndaşların əvvəlki əmək fəaliyyətlərinə dair məlumatları elektron mühitdə daha əlçatan edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM