satellite   Azerspace-1: 11135 H 30000

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən NTV-yə  bildirilib ki, cari yanvar-sentyabr aylarında ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz çoxalıb. Məhsulun 51 faizi bitkiçiliyin, 49 faizi heyvandarlığın payına düşür.

Real artım. Yanvar-avqust dövründəki 2,6 faizlik göstərici sentyabr ayının sonuna 1,1 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə, heyvandarlıq sahəsində isə 2 faizdən 1,9 faizə düşüb. Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə ayrıca verilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM