satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Rusiya və Ukrayna enerji sahəsində atəşkəsin əldə olunması üzrə təmasları davam etdirir

Peskov: Rusiya və Ukrayna enerji sahəsində atəşkəsin əldə olunması üzrə təmasları davam etdirir

Rusiya və Ukrayna arasında enerji sahəsində atəşkəsə dair razılığın əldə olunması üzrə təmaslar davam edir.

NTV "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın iddialarını şərh edərkən jurnalistlərə bildirib.

"Biz dünən sizinlə bu mövzunu müzakirə etdik. Hələ ki mənim dünənki söhbətə əlavə edəcəyim heç nə yoxdur, bu məsələ ilə bağlı təmaslar davam edir", - o deyib.

O həmçinin bu bəyanatla bağlı sualları Trampa ünvanlamağı tövsiyə edib.

D.Peskov bir gün əvvəl bildirib ki, əlaqələr davam edir: "Bu mövzu barədə deməyə sözümüz olduqda mütləq sizə məlumat verəcəyik".

Rusiya Prezidentinin mətbuat katibi əlaqələrin konkret olaraq kiminlə – ABŞ, Ukrayna, yoxsa hər iki ölkə ilə davam etdiyi barədə suala cavab verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM