Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar metronun Qırmızı xətti üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
“Bakı Metropoliteni” QSC-dən NTV-yə bildirilib ki, “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək, qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək.
Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
