satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Gələn il Gürcüstan Müdafiə Qüvvələrinin sayı 37 min nəfər müəyyən olunub.

NTV xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə təqdim olunan dövlət büdcəsi layihəsində qeyd edilib.

Sənədə əsasən, 2027-ci il üçün Müdafiə Qüvvələrinin ştat sayı maksimum 37 min hərbi qulluqçu həddində müəyyənləşdirilib.

Mövcud qaydalara əsasən, parlament hər il dövlət büdcəsi ilə birlikdə Müdafiə Qüvvələrinin sayını da təsdiq edir.

Məlumat üçün qeyd edək ki, 2027-ci il üçün Gürcüstan Müdafiə Nazirliyinin büdcəsi 1,97 milyard lari nəzərdə tutulub. Bu, cari illə müqayisədə 75 milyon lari çoxdur.

Parlamentə təqdim olunan sənəddə qeyd olunur ki, ümumi dövlət büdcəsi 37,5 milyard lari təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM