Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 411 milyon 565 min 700 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 7,2 faiz çoxdur.
Sənaye məhsulunun 366 milyon 474 min 400 manatı və ya 89 faizi malların, 45 milyon 91 min 300 manatı və ya 11 faizi isə xidmətlərin payına düşüb.
Ümumi sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,6 faizi emal, 14,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
