satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan əhalisinin İKT məhsulu almaq xərci sentyabrda 34 %-dən çox artıb

Azərbaycan əhalisinin İKT məhsulu almaq xərci sentyabrda 34 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 799,2 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb.

NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 % çoxdur.

Təkcə sentyabrda istehlakçılara 105 milyon manatlıq məhsul satılıb ki, bu da bir il əvvəlki göstəriciyə nisbətən 34,1 % çoxdur.

2025-ci ildə istehlakçılara 956,5 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb. Bu, 2024-cü ilin göstərici ilə müqayisədə 31,8 % çox olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM