Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 48,3 milyon manat əmanəti olub.
Bu barədə NTV-yə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 45,9 % çoxdur.
Əmanətlərin 94,5 %-i milli, 5,5 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 47,3 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 24,9 % artıb.
