satellite   Azerspace-1: 11135 H 30000

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Fransanın Marsel şəhəri yaxınlığındakı Vitrolle qəsəbəsində onlarla yükdaşıma şirkətinin nümayəndələri dizel yanacağının bahalaşmasına etiraz olaraq yollarda yavaş hərəkət aksiyası keçiriblər.

NTV  xəbər verir ki, BFMTV telekanalının məlumatına görə, aksiya iştirakçıları qiymətlərin təcili azaldılmasını və Nəqliyyat Nazirliyi ilə görüşün təşkilini tələb edirlər.

Kollektivin nümayəndələrinin sözlərinə görə, əvvəllər 400 litr dizel yanacağının doldurulması 400–500 avroya başa gəlirdisə, hazırda bu məbləğ 900 avroya yüksəlib. Qiymət artımının xüsusilə kiçik və orta müəssisələr üçün ciddi çətinliklər yaratdığı vurğulanıb.

Aksiya prefektura ilə razılaşdırılıb. Yavaş hərəkət Lançon-de-Provens pullu avtomobil yolu keçidində nəqliyyatın hərəkətini əhəmiyyətli dərəcədə ləngidib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM