satellite   Azerspace-1: 11135 H 30000

Milli Statistika İdarəsi: Britaniyanı tərk edənlərin sayı artır

Milli Statistika İdarəsi: Britaniyanı tərk edənlərin sayı artır

Böyük Britaniyada hər il əlavə olaraq təxminən 50 min nəfərin ölkəni tərk edəcəyi gözlənilir.

NTV  “The Telegraph”a istinadla xəbər verir ki, bu barədə Britaniyanın büdcə siyasətinə nəzarət edən Büdcə Məsuliyyəti Ofisi (OBR) məlumat yayıb.

Qurumun proqnozuna görə, ölkədən köç edənlərin sayının artması iqtisadi artıma mənfi təsir göstərə bilər. Qurum bildirir ki, ölkəni tərk edənlərin böyük hissəsini Britaniya vətəndaşları təşkil edəcək.

Hesabata əsasən, xalis miqrasiya 2030-cu ilə qədər ildə orta hesabla 235 min nəfər təşkil edəcək. Bu göstərici ötən ilin noyabr ayında proqnozlaşdırılan 295 min nəfərlik rəqəmdən aşağıdır. OBR qeyd edib ki, proqnozdakı dəyişiklik əsasən Britaniya vətəndaşlarının xalis miqrasiyası ilə bağlı daha mənfi gözləntilərlə əlaqədardır.

Son dövrlərdə ölkəni tərk edənlərin sayında artım müşahidə olunur. Bu tendensiya hökumətin tətbiq etdiyi vergi artımları və ölkədə daimi yaşayış statusu olmayan varlı şəxslərə qarşı sərtləşdirilən qaydalarla əlaqələndirilir.

Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə 257 min britaniyalı ölkəni tərk edib. Bu rəqəm əvvəlki 77 min nəfərlik proqnozdan üç dəfədən çoxdur. Bundan əlavə, 2021–2024-cü illər arasında ümumilikdə 992 min britaniyalı ölkədən köçüb. Bu göstərici əvvəlki 343 min nəfərlik qiymətləndirmədən xeyli yüksəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM