satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Moldova mətbuatında - FOTOLAR

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Moldova mətbuatında<font color=red> - FOTOLAR</font> Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Moldova mətbuatında<font color=red> - FOTOLAR</font>

Moldovanın “Noi.md” xəbər portalında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına dair məqalə dərc edib.

NTV  xəbər verir ki, məqalədə dövlətimizin başçısına istinadən qeyd edilib ki, son bir ildə Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 16-ya yüksəlib və bu da Azərbaycanı dünyanın ən böyük boru kəməri qazı təchizatçısına çevirib. Azərbaycan Avropa enerji bazarındakı iştirakını genişləndirməyə davam edəcək.

Müəllif, dövlət başçımızın fikirlərinə istinadla yazır ki, Azərbaycan Avropa enerji bazarında öz iştirakını genişləndirmək niyyətindədir. Artıq daha iki Avropa ölkəsinə - Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb. Beləliklə, bu gün Avropa Birliyinə 10 üzv dövləti Azərbaycandan qaz alır. Növbəti illərdə Azərbaycan yataqlarında yeni qaz hasilatı nəzərə alınmaqla, tədarük həcmlərinin artması gözlənilir.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasətinə dair digər fikirləri də yer alıb.

Xəbər portalında dərc olunan digər məqalədə isə Moldovanın energetika naziri Dorin Junqetunun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlər sessiyasında çıxışına dair fikirlərə də yer verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM