satellite   Azerspace-1: 11135 H 30000

Bu günədək Azərbaycan vasitəsilə 39 ölkənin 1222 vətəndaşı İrandan təxliyə olunub

Bu günədək Azərbaycan vasitəsilə 39 ölkənin 1222 vətəndaşı İrandan təxliyə olunub

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 39 ölkənin 1222 vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

NTV-nin əldə etdiyi məlumata əsasən, fevralın 28-i saat 08:00-dən martın 4-ü saat 14:00-a qədər sərhədi 243 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 395, Rusiyanın 246, Tacikistanın 101, Pakistanın 80, Omanın 46, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Türkiyə, İtaliya, Qırğızıstan və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Kuba, Cənubi Afrika Respublikasının hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM