satellite   Azerspace-1: 11135 H 30000

Avropanın qaz bazarındakı böhranın Yaxın Şərqdəki müharibənin sona çatması ilə bitməyəcəyi bildirilir

Avropanın qaz bazarındakı böhranın Yaxın Şərqdəki müharibənin sona çatması ilə bitməyəcəyi bildirilir

Ekspertlər Avropanın təbii qaz bazarındakı böhranın sadəcə Yaxın Şərqdəki müharibənin sona çatması və Hörmüz boğazının yenidən açılması ilə bitməyəcəyini bildirirlər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hazırda regiondakı vəziyyət dörd il əvvəl Rusiya-Ukrayna gərginliyinin qlobal enerji ticarətinə təsirindən bəri təbii qaz bazarları üçün ən ciddi şok yaratmaq riskini daşıyır. Hörmüz boğazından daşımalar bir ay dayanacağı təqdirdə, Avropada təbii qazın qiymətinin iki dəfədən çox arta biləcəyi qeyd olunur.

Köhnə qitədə qaz qiymətləri Qətərin ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) qurğusuna, İranın “Cənubi Pars” qaz yatağına və Birləşmiş Ərəb Əmirliklərindəki ən böyük LNG qurğusuna hücumlardan sonra ciddi artım göstərib. Qətərdən LNG daşınmaların uzun müddət dayanacağını proqnozlaşdırılır ki, bu da qarşıdakı dövrdə qiymətlərə yuxarı istiqamətli təsir göstərə bilər. Bu proseslər Avropada yeraltı anbarların doluluq nisbətinin mövsümlə əlaqədar azaldığı vaxta təsadüf etdiyi üçün qiymətlər bahalaşır. Niderlandın TTF habında aprel ayı üzrə fyuçers müqavilələrində meqavat-saat qazın qiyməti bu gün 30 faizdən çox bahalaşıb. Hazırda qitədə “mavi yanacağın” qiyməti bir meqavat/saat üçün 63 avronu ötüb. Bu, son 3 ildən çox müddətdə ən yüksək səviyyədir.

Analitikləri isə aprel ayı üzrə Avropada təbii qazın orta qiyməti ilə bağlı proqnozlarını meqavat-saat üçün 55 avroya yüksəldiblər.

Qeyd edək ki, Hörmüz boğazı qlobal miqyasda LNG ixracının təxminən 20 fazinin daşındığı enerji nəqliyyatı marşrutudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM