ABŞ-nin Gürcüstandakı səfirliyi viza depozitinin tətbiqinə başlayır.
NTV xəbər verir ki, ABŞ səfirliyi bu barədə məlumat yayıb.
Bildirilir ki, aprelin 2-dən etibarən B1/B2 vizası üçün tələblərə cavab verən Gürcüstan vətəndaşları 15 min dollara qədər depozit ödəməlidirlər. Gürcüstan vətəndaşları üçün B1/B2 vizaları depozit ödəniləndən sonra veriləcək. Bu tələb müraciətin aparıldığı yerdən asılı olmayaraq tətbiq edilir.
