satellite   Azerspace-1: 11135 H 30000

Oslo və Kiyev Ukrayna dronlarının Norveçdə istehsalı ilə bağlı müqavilə imzalayıb

Oslo və Kiyev Ukrayna dronlarının Norveçdə istehsalı ilə bağlı müqavilə imzalayıb

Oslo və Kiyev Ukrayna dronlarının Norveçdə birgə istehsalına başlamaq barədə müqavilə imzalayıb.

NTV  xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, müqavilə Kiyevdə Norveçin Ukraynadakı səfiri Lars Raqnar Hansen və Ukrayna müdafiə nazirinin müavini Sergey Boev tərəfindən imzalanıb.

Kiyev Norveçdə istehsal olunan ilk dronları yayadək ölkəyə tədarük etməyi planlaşdırır.

Norveç müdafiə naziri Tore Sandvikin sözlərinə görə, bu müqavilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində vacib və konkret addımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM