satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda yeni superkompüter istifadəyə veriləcək

Qazaxıstanda yeni superkompüter istifadəyə veriləcək

Bu ilin noyabrında Qazaxıstanın Kosşı şəhərində hazırda Almatıda fəaliyyət göstərən analoqundan daha çox gücə malik yeni superkompüter istifadəyə veriləcək. Bu barədə məlumatların emalı üzrə yeni mərkəzlərin inşasına dair hökumət müşavirəsində məruzə edən “Kazaxtelekom” SC İdarə Heyətinin sədri Bağdat Musin bildirib.

NTV Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Kazaxtelekom” ölkənin ən böyük data mərkəzi şəbəkəsini idarə edir, onun 25 MVt gücündə 1700-dən çox server məntəqəsi var və bu şirkət 47 faiz bazar payına malikdir.

2025-ci ilin oktyabr ayında Almatıda “AI-Farabium” superkompüteri istifadəyə verilib. Hazırda hesablama gücü 100 faiz olmaqla, bu cihaz dünyanın ən güclü superkompüterləri arasında 103-cü yerdədir.

Bağdat Musin, həmçinin “Kazaxtelekom”un Ekibastuzdakı Data Mərkəzi Vadisi layihəsinin operatoru təyin olunduğunu açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM