satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyanın şimal-şərqində yanğınlar nəzarət altına alınıb

Yaponiyanın şimal-şərqində yanğınlar nəzarət altına alınıb

Yaponiyanın şimal-şərqində baş verən meşə yanğınları nəzarət altına alınıb.

NTV xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğınlar İvate prefekturasının Otsuçi şəhərində başlayıb və nəticədə 3 mindən çox sakin təxliyə edilib.

Yanğınsöndürənlər və Yaponiya Özünümüdafiə Qüvvələrinin şəxsi heyəti, həmçinin helikopterlər alovun qarşısının alınması üçün səfərbər olunub. Yanğın ümumilikdə 1600 hektardan çox ərazini əhatə edib.

Qeyd olunur ki, yağan yağış yanğınların nəzarətə götürülməsinə kömək edib. Yanğının söndürülməsi işləri davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM