satellite   Azerspace-1: 11135 H 30000

Ukraynaya kredit ayrıldıqdan sonra rəsmi Kiyev təzyiqlərlə üzləşir

Ukraynaya kredit ayrıldıqdan sonra rəsmi Kiyev təzyiqlərlə üzləşir

Avropa İttifaqı Kiyev üçün 90 milyard avroluq krediti təsdiqlədikdən sonra Ukrayna donorların təzyiqi ilə üzləşib.

NTV xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti məlumat yayıb.

“Avropa fondlarından asılılıq Ukrayna rəhbərliyinə donorların etimadını qazanmaq üçün təzyiqi artırır”, - deyə məqalədə deyilir.

Nəşrin yazdığına görə, Brüsselin milyardlarla avro ayırmağına baxmayaraq bu vəsait Kiyevin bütün ehtiyaclarını ödəmək üçün kifayət etmir. Ukraynanın cari maliyyə kəsiri ilkin hesablamalardan xeyli yüksək olub. ABŞ-ın Ukraynanın maliyyə dəstəyindən geri çəkilməsi və Avropanın aktiv müdaxiləsi fonunda Kiyev yeni böhrana yaxınlaşır.

Ekspertlərin sözlərinə görə, Brüssel tərəfindən Ukraynaya ayrılan 90 milyard avroluq kredit kifayət etməyəcək, çünki vəsait təsdiqləndikdən sonra Kiyevin ehtiyacları artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM