Hörmüz boğazından son iki ay ərzində ilk dəfə mayeləşdirilmiş təbii qaz (LNG) daşınması həyata keçirilib.
NTV xəbər verir ki, gəmi izləmə məlumatlarına görə, Birləşmiş Ərəb Əmirliklərinin Das adasında martın əvvəlində yükləmə edən “Mubaraz” adlı LNG tankeri blokadanı keçərək Hindistanın cənub sahillərinə çatıb.
Tanker martın əvvəlində yükləməsini tamamladıqdan sonra bir müddət körfəzdə gözləyib, martın 31-də isə transponder siqnalları göndərməyi dayandırıb. Təxminən 4 həftə radar altında hərəkət edən tanker aprelin 27-də Hindistanın qərbində yenidən siqnal verərək təhlükəsiz sulara çatdığını təsdiqləyib. Tankerin hazırkı marşrutu Çindəki terminaladır və yükün mayın 15-də təyinat yerinə çatacağı gözlənilir.
Mütəxəssislər qeyd edirlər ki, Hörmüz boğazı kimi yüksək riskli ərazilərdə gəmilərin yerlərinin müəyyən olunmaması və ya hər hansı müdaxilənin qarşısını almaq üçün transponderlərini söndürməsi standart böhran proseduruna çevrilib.
