satellite   Azerspace-1: 11135 H 30000

Media: Kanada Ukrayna ilə PUA istehsalı üzrə birgə müəssisə yarada bilər

Media: Kanada Ukrayna ilə PUA istehsalı üzrə birgə müəssisə yarada bilər

Kanadanın “Sentinel” kompaniyası adı açıqlanmayan Ukrayna firması ilə pilotsuz uçuş aparatları (PUA) istehsalı üzrə birgə müəssisə yarada bilər. PUA-ların Kanadada Ukrayna Silahlı Qüvvələri üçün istehsal olunması nəzərdə tutulur.

NTV xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb. Mənbələrin qəzetə verdiyi məlumata görə, hazırda Kanada və Ukraynanın müdafiə nazirlikləri arasında danışıqlar aparılır. Əgər nəticə uğurlu olarsa, Kanadada PUA istehsalına başlanılacaq. Kanada hökumətinin bu dronları alıb sonra Ukrayna ordusuna təhvil verəcəyi gözlənilir.

Qəzet qeyd edib ki, Ukraynada münaqişənin başlanmasından bəri Ottava Kiyevə 6,5 milyard dollarlıq hərbi yardım ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM