satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Qazaxıstanın Dövlət Sosial Sığorta Fondu Əməkdaşlıq memorandumu imzalayıb.

NTV-nin  məlumatına görə, sənədə Astanada keçirilmiş əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə 14-cü Qazaxıstan Beynəlxalq Konfransı çərçivəsində imza atılıb.

Memorandum iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın inkişafına və sosial təminat sahəsində təcrübə mübadiləsinə yönəlib.

Qazaxıstan fondunun İdarə Heyəti sədrinin müavini Marat Janibekovun sözlərinə görə, memorandum ikitərəfli əməkdaşlığı, o cümlədən dövlət orqanları arasında mütəmadi qaydada təcrübə mübadiləsinin aparılmasını və beynəlxalq platformalarda fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM