satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin "F-35" qırıcısı Ərəbistan yarımadası üzərində qəza siqnalı verib

ABŞ-nin "F-35" qırıcısı Ərəbistan yarımadası üzərində qəza siqnalı verib

Amerikanın "Lockheed Martin F-35 Lightning II" qırıcısı Ərəbistan yarımadası üzərində səmada fövqəladə vəziyyət barədə siqnal verib.

NTV  xəbər verir ki, bu, təyyarələrin izlənilməsi xidməti olan "Flight Radar"ın məlumatlarında öz əksini tapıb.

Məlumata görə, 13-5067 qeydiyyat nömrəli qırıcı Bakı vaxtı ilə təxminən saat 12:04-də havaya qalxıb, daha sonra isə qəza siqnalı verib. Xidmətin məlumatına əsasən, təyyarə Oman körfəzi və Oman üzərindən uçurmuş.

Təyinat məntəqəsi və insidentin detalları hələ ki məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM