satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib - FOTOLAR

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib<font color=red> - FOTOLAR</font>

Bu gün Çingiz Həsənlinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

NTV xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.

Ali Məclisin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.

Mərkəzi Seçki Komissiyası Abdullayev Qəzənfər İsmayıl oğlunun ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zaqatalada zəlzələ olub

15:30 01.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM