satellite   Azerspace-1: 11135 H 30000

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda metal tozları istehsal edən fabrikdə partlayış olub. Hadisə nəticəsində 3-ü ağır olmaqla, 7 işçi yaralanıb.

NTV xəbər verir ki, partlayış fabrikin alüminium, sink və mis tozlarının istehsal edildiyi nəhəng qazanda baş verib.

Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.

Bölgəyə yanğınsöndürən, təcili tibbi yardım və jandarma əməkdaşları göndərilib. Yaralılar təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zaqatalada zəlzələ olub

15:30 01.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM