satellite   Azerspace-1: 11135 H 30000

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

Kriştianu Ronaldunun Portuqaliya millisindəki forma nömrəsinin yeni sahibi bəlli olub.

NTV Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “7” nömrəli formanı bundan sonra Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Rafael Leau geyinəcək. O, daha əvvəl yığmada “17” nömrəli forma ilə çıxış edirdi.

Portuqaliya millisi UEFA Millətlər Liqasının III turunda bu gün Danimarka ilə qarşılaşacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu baş məşqçi Jorji Jezuşun Danimarka ilə oyunda onu start heyətində meydana buraxmayacağını açıqlamasından sonra milli komandanın düşərgəsini tərk edib. 41 yaşlı forvardın yığmadakı karyerasını başa vuracağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zaqatalada zəlzələ olub

15:30 01.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM